Azərbaycan rəssamlarının əsərləri Tretyakov qalereyasında

 

 

Noyabrın 15-də Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgi açılacaq.

Qalereyanın baş direktoru Zelfira Trequlovanın sözlərinə görə, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Mərcani Fondunun dəstəyi ilə keçiriləcək sərgi Tretyakov qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirəcək.

Sərgidə Azərbaycandan Nadir Əbdürrəhmanov, Səttar Bəhlulzadə, Cavad Mircavadov, Toğrul Nərimanbəyov, Tahir Salahov - ümumilikdə 13 rəssamın, heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2016.- 28 oktyabr.- S.3.