Leyli Məcnunoperasının Amerika uğuru

 

 

“Bu konsertlərdən zövq aldıqdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik

 

Xəbər verdiyimiz kimi, bu günlərdə ABŞ-ın bir neçə şəhərində böyük Azərbaycan bəstəkarı Üzeyir HacıbəylininLeyli Məcnunoperası yeni versiyada - konsert-tamaşa şəklində uğurla təqdim olunub. Konsertdə Xalq artisti Alim Qasımov sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova çıxış edib. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark MorrisinRəqsqrupu tərəfindən gerçəkləşdirilib. Konsertlərdə məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyiİpək Yoluansamblı da iştirak edib.

 

Konsertlər ABŞ-ın Kaliforniya ştatındakı nüfuzlu Berkli Universitetinin, Sietl şəhərindəki Vaşinqton Universitetinin Enn Arbor şəhərindəki Miçiqan Universitetinin geniş konsert zallarında keçirilib. Hər şəhərdə dörd tamaşa təqdim olunub amerikalılar tərəfindən heyranlıqla qarşılanıb.

Layihənin ən önəmli simalarından biri, görkəmli muğam ustası Alim Qasımovdur. On il əvvəl o, “Leyli Məcnun”un yeni versiyasının yaradılması barədə öz fikrini məşhur violonçel ifaçısı Yo-Yo Ma ilə bölüşüb, məhz o zamandan da Üzeyir bəyin ilk operası, Azərbaycan musiqisinin incisi olanLeyli Məcnun” ABŞ-ın ən nüfuzlu musiqiçilərinin diqqət mərkəzindədir. Alim Qasımovun bənzərsiz səsi sənətiLeyli Məcnunlayihəsinin ərsəyə gəlməsini onun uğurunu şərtləndirən ən başlıca amillərdəndir.

Sietl Taymsqəzetində dərc olunan məqalədə qeyd olunduğu kimi: “Azərbaycan musiqiçiləri Alim Qasımov Fərqanə Qasımovanınİpək Yoluansamblının müşayiətilə ifa etdikləri musiqi cazibədar heyrətedicidir”.

Mark Morris müasir xoreoqrafiya dünyasında ən tanınmış sənətkarlardandır. Nyu-York Taymsqəzeti onuhazırda fəaliyyət göstərən ən uğurlu ən çox təsir göstərən xoreoqrafadlandırıb. O, son 36 il ərzində 150-dən artıq layihə reallaşdırıb. M.MorrisinLeyli Məcnunoperasına marağı 2007-ci ilə təsadüf edir. O zaman Yo-Yo Manın rəhbərlik etdiyiİpək Yoluansamblı Alim Fərqanə Qasımovlarla birgə ilk dəfə olaraq bu operanın yeni, yığcam versiyasını ABŞ-da, Kanadada, Avropanın Asiyanın bir neçə ölkəsində ifa etmişdi. Morris o zamandan həmin ifaya rəqsin əlavə olunmasını düşünürmüş. Nəhayət, 2016-cı ildə həmin layihə gerçəkləşdi.

Bu ilin mart ayında Mark Morris Bakıya gəlib, Alim Qasımov digər musiqiçilərlə görüşüb, Azərbaycan musiqisi mədəniyyəti ilə tanış olub. Həmin səfərdən sonraLeyli Məcnunlayihəsi öz əsas, həlledici mərhələsinə qədəm qoyub. Konsertlərdən öncə Nyu-York şəhərində bir həftə ərzində məşqlər keçirilib, Alim Qasımovun Mark Morrisin birgə səyləri sayəsində muğam ilə rəqsin mükəmməl vəhdəti əldə olunub.Leyli Məcnun”un tamaşalarından əvvəl Azərbaycan xalq musiqisinin səslənməsinə qərar verilib. Hər tamaşanın əvvəlində gənc muğam ifaçıları, muğam müsabiqəsinin laureatları Kamilə Nəbiyeva Mirələm Mirələmov öz məharətli ifaları ilə tamaşaçıları sanki muğamın sirli-sehrli dünyasına dəvət ediblər. Alim Qasımovun ansamblının üzvləri - Əməkdar artist Rauf İslamov (kamança) Zəki Vəliyevin (tar) məharətli professional ifalarını da xüsusilə qeyd etmək lazımdır.

Leyli Məcnunlayihəsində Böyük Britaniyalı rəssam Hovard Hockin iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların musiqiçilərin geyiminin dizaynını hazırlayıb.

Layihədə, həmçinin tanınmış azərbaycanlı musiqişünas, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova iştirak edib. O, layihənin elmi məsləhətçisi kimi tamaşalardan əvvəlLeyli Məcnunəsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi A.Hüseynovadır. Onun təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan SəmədovunMuğam triosurəsmi daxil edilib.

Leyli və Məcnun” operasının Mark Morris tərəfindən hazırlanan yeni versiyası Azərbaycan musiqisi, mədəniyyəti üçün önəmli, tarixi bir hadisədir. Məhəmməd Füzulinin şeir dünyası, Üzeyir Hacıbəylinin musiqisi, Alim Qasımovun sənəti, ulu muğamımız - Azərbaycan mədəniyyətinin bütün bu inciləri ABŞ-ın ən nüfuzlu konsert salonlarında musiqisevərlərə çatdırıldı, ən mötəbər ictimai dairələrdə marağa və müzakirələrə səbəb oldu. İlk tamaşadan sonraNyu-York Tayms” qəzetində dərc olunan məqalə belə tamamlanır: “Konsertlərdən zövq aldıqdan sonra biz, sözsüz ki, Azərbaycan musiqisi ilə və Üzeyir Hacıbəylinin musiqisi ilə daha yaxından tanış olmağa səy göstərəcəyik”. Bu da yəqin ki, layihənin ən önəmli, ən vacib nəticəsidir.

 

Mədəniyyət.- 2016.- 28 oktyabr.- S.8.