“Rəssam haqqında xatirələr”

 

 

Sentyabrın 2-də paytaxtdakı Dövlət Bayrağı meydanı ərazisində yerləşən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçiriləcək.

“Rəssamla görüş” layihəsi çərçivəsində reallaşacaq tədbirdə Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söz açılacaq.

Ucal Haqverdiyevin sənəti yüksək mənəviyyatı ilə seçilir, onun mövzu və süjetləri dini motivlərlə bağlıdır. O, Avstriya, Almaniya və Azərbaycanda beynəlxalq simpoziumların iştirakçısı olub. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə sərgilənib.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.2.