Əməkdar artist Salman Qəmbərov Avropada çıxış edəcək

 

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik-estrada orkestrinin bədii rəhbəri, Əməkdar artist Salman Qəmbərov Almaniya Niderlandın şəhərlərində keçiriləcək УBütün Şərq ölkələrindən ulduzlarФ adlı konsert proqramında iştirak edəcək.

Salman Qəmbərov bildirib ki, Osnabryuq Amsterdam şəhərlərində baş tutacaq konsertlərdə dünya bəstəkarlarının əsərləri ayrı-ayrı klassik caz musiqisi nümunələri əsasında improvizələr səsləndiriləcək.

Konsert proqramında duet ifalar da təqdim olunacaq. Fransalı məşhur tuba ifaçısı Mişel Qodar həmyerlimizlə eyni səhnəni bölüşəcək.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.3.