İstedad sorağında”

 

Rəsm müsabiqəsinə yekun vurulub

 

Bakıdakı Xətai Sənət Mərkəzində “İstedad sorağında 2” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində 70-dək fırça ustasının sənət əsəri nümayiş olunub.

Sərginin ekspozisiyasında müxtəlif mövzulu sənət əsərləri sərgilənib.

Müsabiqənin yekun sərgisində birinci yerə Rəfael Əzimzadə sahib olub. Digər qaliblərə də diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.6.