Tanınmış rəssamın sərgisi açılacaq

 

 

Oktyabrın 22-də “Landmark Rotunda” Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış azərbaycanlı rəssam Vüqar Əlinin rəsm əsərlərindən ibarət sərgi açılacaq.

Sərgi Bakı Beynəlxalq Caz Festivalının açılışı münasibətilə baş tutacaq. Oktyabrın 31-dək davam edəcək sərgidə rəssamın caz musiqisinə həsr olunmuş müxtəlif mövzulu əsərləri sərgilənəcək.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.6.