Hər kitab yeni bir dünyadır

 

Bölgələrdə kitabxana layihələri davam edir

 

Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mədəniyyət Turizm Nazirliyinin Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilənAçıq kitabxanalayihəsinə qoşulub.

Heydər Əliyev parkında təşkil edilən tədbirdə rayon Mədəniyyət Turizm şöbəsinin müdiri Sahib Şükürov, MKS-nin direktoru Rövşanə Balayeva çıxış edərək layihənin əhəmiyyətindən danışıb, belə tədbirlərin kitabxanalarda oxucu sayının artmasına stimul verəcəyini qeyd ediblər.

Sonra oxucularaçıq kitabxana”da nümayiş olunan nəşrlərlə tanış olublar. 20-yə yaxın kitabsevər kitabxanaya üzv yazılıb. Belə səyyar kitabxana tədbirlərinin davam etdiriləcəyi qeyd edilib.

* * *

Göygöl şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədiləaçıq kitabxana günütəşkil edib.

Kitabxananın qarşısındaƏn çox oxunan ədəbiyyat”, “Yeni kitablarHər kitab yeni bir dünyadırbaşlığı altında kitablar sərgilənib. Balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük veriblər.

* * *

Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanadaYay məktəbilayihəsi çərçivəsində bilik yarışması keçirilib. Yarışmaya şəhər kitabxanalarının 11-15 yaş qrupuna daxil olan oxucuları cəlb olunub.

İştirakçılar test tapşırıqlarını yerinə yetirib, məntiqi sualları cavablandırıblar. 20 iştirakçı arasında fərqlənən 4 şagird Mədəniyyət Turizm şöbəsinin fəxri fərmanı kitabxananın hədiyyələri ilə təltif olunub.

* * *

Tərtər rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsi sakinlərin istirahət saatlarının mənalı keçirilməsi, kitabın təbliği kitabxanalara daha çox oxucu cəlb edilməsi məqsədilə şəhərdəki mərkəzi meydanda səyyar kitabxana xidməti təşkil edib. Səyyar xidmət zamanıNağıllar aləminə səyahət”, “Yerli yazarlar”, “Yeni kitablar”, “Danışan kitablarbaşlıqlı kitab sərgiləri əhalinin marağına səbəb olub.

* * *

Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nabran istirahət zonasındakı turizm mərkəzlərindəAçıq kitabxanalayihəsi çərçivəsində səyyar kitabxana xidməti təşkil edilib.

Kitabxanadakı müxtəlif mövzulu nəşrlər istirahət mərkəzlərinin ərazisində sərgilənib. Turistlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən aksiya böyük maraqla qarşılanıb. Kitabsevərlər rayon Mərkəzi kitabxanasının fonduna yeni daxil olan ədəbiyyatlarla da tanış olublar. Belə nəşrlərin sayı 400 nüsxədən çoxdur. Rayon Mərkəzi kitabxanasının fondunda 45 mindən çox kitab var.

* * *

Şirvan şəhər Mərkəzi kitabxananın qarşısındakı parkda kiçikyaşlı uşaqların istirahətini təmin etmək üçünNağıl dünyamızadlı sərgi Sevdiyim nağıl qəhrəmanlarırəsm müsabiqəsi təşkil edilib. Tədbirdə Uşaq kitabxanasına daxil olan 100-dək yeni kitab, “Göy qurşağı”, “Sehrli dünyajurnalları nümayiş etdirilib.

Sevdiyim nağıl qəhrəmanlarımüsabiqəsində 50-dən çox uşaq iştirak edib. Onlardan əksəriyyəti oxuduqları nağıl qəhrəmanlarının şəkillərini çəkiblər. Rəsmləri ilə fərqlənən uşaqlar fəxri fərmanlarla mükafatlandırılıblar. Uşaqlar zəhmətləri qiymətləndirildiyi üçün çox seviniblər.

* * *

Ağstafa rayon MKS-yə daxil olan kitabxanalardaYay məktəbi” layihəsi çərçivəsində müxtəlif formalı tədbirlər təşkil edilir. “Uşaqların nağıl dünyası”, “Gəlin, kitab oxuyaq”, “Haradan başlanır Vətən?” və s. mövzularda tədbirlərdə məktəblilərlə sual-cavablara, bədii qiraət yarışmasına, şeir müsabiqəsinə, sürətli və intonasiya ilə ucadan oxuya, interaktiv oyunlara xüsusi yer verilir. Kiçikyaşlı uşaqlaribtidai sinif şagirdləri ilə “nağıl saatı” da təşkil edilir. “Yay məktəbi” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi valideynlər tərəfindən rəğbətlə qarşılanır.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.7.