Barmaqlardan süzülən xallar

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Sevinc Osmanovanın icra etdiyiBarmaqlardan süzülən xallar - Azərbaycan xalçaları” adlı layihə çərçivəsində Şəmkir rayonunda növbəti tədbir keçirilib.

Layihənin məqsədi milli xalçaçılıq sənətini, adət-ənənələrimizi təbliğ etmək, gənc və yeniyetmə qızlara Azərbaycan xalçaçılığının tarixini, incəliklərini öyrətməkdir. Layihədə iştirak edənlər təlimlərdə xalça sənətinin spesifikliyi haqqında biliklər qazanıb, muzeylərə ekskursiyalar edib, xalça toxuma sənətinin sirləri ilə tanış olublar.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.7.