Məmnuniyyətlə Azərbaycanı seçdik

 

Əcnəbi turistlərin ölkəmizlə bağlı təəssüratları

 

Bu il ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Əcnəbi turistlər arasında Körfəz ölkələri və İrandan gələnlər üstünlük təşkil edir. Bakının tarixi məkanlarında, muzeylərdə, şəhərin mərkəzi hissələrində müxtəlif ölkələrdən olan turistlərlə rastlaşmaq mümkündür. Onların bir neçəsi ilə həmsöhbət olub, təəssüratlarını öyrəndik.

 

Azərbaycanlılar tarixə çox önəm verirlər

 

Mehdi Qulami İranın Zəncan şəhərindən gəlib. İlk dəfədir ki, ölkəmizdə olduğunu bildirən qonaq burada 7 gün qalacağını deyir: Bakıya ilk dəfədir gəlirəm. İnternet vasitəsilə paytaxtınızla maraqlandım, sonra səfərə gəlməyə qərar verdim. Bakının küçələrində gəzmək mənə çox xoş təsir bağışlayır. Özümü vətənimdəki kimi hiss edirəm. Bizim dinimiz eyni, mədəniyyətimiz, tariximiz çox oxşardır. Ona görə də burada olmaq iranlı turistlər üçün çox xoşdurheç bir çətinliyimiz yoxdur.

Mehdi Qulami deyir ki, artıq 3 gün ərzində paytaxtı gəzmək imkanı olub. Bakı çox müasirləşsə də, öz tarixi görkəmini qoruyub saxlayır. Bu da insanların öz tarixinə nə qədər önəm verdiyini göstərir.

Həmsöhbətimiz Bakıda turistlərə göstərilən xidmətdən razı qalsa da, İrana nisbətən qiymətlərin yüksək olduğunu deyir.

Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş Abdulla Süleyman da Azərbaycanın onda zəngin təəssürat yaratdığını bildirir: Azərbaycan haqqında bura gələn dostlarımızdan eşitdik. Onlar bizə bu ölkədə olmağımızı məsləhət gördülər. Ona görə buranı seçib gəldik. Həqiqətən də, bura çox gözəl ölkədir. İnsanlar da mehriban və gülərüzdürlər. Üç gündür ki, ailəmlə Bakıdayıq. Hələ ki Bakıdan başqa şəhərlərinizdə olmamışıq. Başqa şəhərlərə də getməyi düşünürük. Bu günlər ərzində Bakının tarixi yerlərini, ticarət mərkəzlərini gəzmişik.

Qonaq Azərbaycan mətbəxinin zənginliyini də xüsusi vurğulayır. Bakıda onların yalnız dillə bağlı çətinlikləri olduğunu deyir.

Türkiyəli Əmrə Aydının isə ünsiyyət sarıdan heç bir problemi yoxdur. Onunla Fəvvarələr meydanında qarşılaşdıq. Türkiyəli qonaq azərbaycanlıların onlara göstərdikləri hörmət və diqqəti yüksək dəyərləndirir: Həqiqətən, burada özümüzü Türkiyədəki kimi hiss edirik. Başqa cürola bilməz. Axı Azərbaycan bizim də vətənimizdir. Burada da turizm sahəsi inkişaf edir, çoxlu xarici qonaqlar gəlir. Hər şey ürəyimizcədir.

Müsahibim Azərbaycanın turizm baxımından maraqlı ölkə olduğunu bildirir: Bakıya gələn bütün xarici qonaqlar kimi, mən də İçərişəhəri maraqla gəzdim. İçərişəhər tarixi bir məkandır. Ətrafda isə böyük, müasir binalar var. Belə demək olarsa, mən bundan sonra Bakını tarixinmüasirliyin qovuşduğu məkan kimi təsəvvür edəcəyəm. Azərbaycanın başqa şəhərlərində də olmaq istərdim.

 

Bakı Avropa şəhərlərindən geri qalmır

 

Səudiyyə Ərəbistanından olan Mənsur Məhəmməd ölkəmizin havasına heyran qalıb: Şəhərinizə birinci səfərimdir. Paytaxtınız çox təmiz və qeyri-adi bir şəhərdir. Bakıya heyran oldum. Dənizkənarı park isə öz gözəlliyi ilə insanı valeh edir. Burada çox gözəl istirahət edirəm. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Düzü, Azərbaycanın təbiətini belə təsəvvür etmirdim. Mən Bakı ilə yanaşı, Qəbələ, XaçmazQaxda da olmuşam. Oralar sanki cənnətdir. Yenidən bu ölkəyə gəlməyi düşünürəm.

Əhməd Abdulrauf da Səudiyyə Ərəbistanından gəlib. Dörd gündür Bakıda olduğunu deyir: Bundan sonra hələ 20 günburda qalacağıq. Bakıda İçərişəhərdə, Qız qalasında, bulvarda, həmçinin QubadaQusarda olmuşuq. Ailəm və qohumlarımla birlikdə gəlmişik. Biz Türkiyədə də olmuşuq. Buranın insanları, mədəniyyəti və mətbəxi Türkiyə ilə demək olar ki, eynidir.

Əhməd Abdulrauf Azərbaycan haqqında turizm şirkətlərindən məlumat aldıqlarını bildirir: Bu ölkəyə tur təşkil edildiyini, Azərbaycanın bizim üçün mənalı və xoş təəssüratlarla ayrılacağımız bir məkan olduğunu dedilər. Biz də məmnuniyyətlə Azərbaycanı seçdik. Paytaxtınız Avropa şəhərlərindən heçgeri qalmır. Azərbaycan bundan sonra daha da inkişaf edəcək.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.9.