Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə hazırlaşır

 

 

Sentyabrın 20-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü Əli Vəlioğlunun "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşa ilə açacaq. Teatrdan bildirilib ki, tamaşa rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq.

Yeni mövsümdə, həmçinin M.F.Axundzadənin “Hacı Qara” komediyası səhnəyə qoyulacaq. Tamaşaya Dövlət Yuğ Teatrının baş rejissoru Gümrah Ömər quruluş verəcək. Teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda isə italyan dramaturqu Luici Lunarininİki nəfər yelləncəkdə” komediyası səhnələşdiriləcək.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.11.