Ukraynanın rok qrupu Yaşıl Teatrın səhnəsində

 

 

Sentyabrın 3-də Ukraynanın “Okean Elzi” (O.E.) rok qrupu Bakıda konsert verəcək. Yaşıl Teatrda baş tutacaq konsertdə qrup zəngin repertuarla çıxış edəcək.

Qeyd edək ki, 2014-cü ildə “Okean Elziqrupunun 20 illiyinə həsr olunmuş konsertlərini canlı izləyən tamaşaçıların sayı yarım milyondan çox olub.

Dəfələrlə tamaşaçılar və tənqidçilər tərəfindən MDB və Şərqi Avropanın “ən yaxşı rok-qrupu” və “live-qrupukimi tanınan kollektivin Bakı konsertinin maraqlı olacağı gözlənilir. Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.11.