Musiqi xərçəng xəstəliyinin
müalicəsinə müsbət təsir göstərir
ABŞ-ın
Filadelfiya ştatındakı Dreksel Universitetinin alimləri
müəyyən ediblər ki, musiqi terapiyası xərçəng
xəstəliyini sağaltmağa qabildir. Melodik musiqi dinləmə
xəstənin psixoloji vəziyyətini
yaxşılaşdırır, müalicəni və xəstəlikdən
sonrakı bərpa prosesini sürətləndirir.
Alimlərin
apardığı tədqiqatda xərçəngdən əziyyət
çəkən təxminən 3 min könüllü
iştirak edib. Müxtəlif janrlarda həzin musiqiləri dinləyərkən
xəstələrdə qan təzyiqinin, təngnəfəsliyin
azalması və əhvallarının
yaxşılaşması müşahidə edilib. Tədqiqatın
aparıcı müəllifi Couk Bredt qeyd edib ki, musiqinin xəstələrin
vəziyyətinə təsirinə dair araşdırmalar hələ
davam etdirilməlidir. Lakin indidən xəstəxana və
sağlamlıq mərkəzlərinə xərçəng xəstələrinin
müalicəsinə musiqi terapiyasını daxil etmək
tövsiyə olunub.
Mədəniyyət.- 2016.- 2
sentyabr.- S.15.