73-cü Venesiya film festivalı işə başlayıb

 

Budəfəki kino müsabiqəsində müharibə sevgi mövzusunda ekran əsərləri çoxluq təşkil edir

 

İtaliyada dünya kinosunun ən mötəbər müsabiqələrindən sayılan ənənəvi Venesiya film festivalı avqustun 31-də işə başlayıb.

Venesiyanın Lido yarımadasında təşkil olunan kinofestival bu il 73-cü dəfə keçirilir. Qeyd edək ki, İtaliyada baş verən zəlzələ ilə əlaqədar festivalın təmtəraqlı açılış mərasimi olmayıb.

Festivalın açılış günündə ABŞ istehsalı olan Aşiqlər şəhəri (La La Land) film-müzikli göstərilib. Baş rollarda Emma Stoun Rayan Qoslinqin çəkildiyi musiqili filmin rejissoru Demyen Şazelldir. Ekran əsəri Hollivud müzikllərinin qızıl erasına həsr olunub. Cey Key Simmons ifaçı Con Lecendin çəkildiyi film festivalın müsabiqə proqramında təqdim olunur. Builki Venesiya kinofestivalının münsiflər heyətinin sədri Sem Mendesdir.

Festivalda Türkiyədən Reha Erdemin Böyük dünya filmi iştirak edir. Alman rejissor Wim Wendersin Aranhausda son günlər (Les Beaux Jours d'Aranjuez) filmi festivalda diqqət çəkən siyahıdadır. Bu il festivalda cəmi iki qadın rejissor (İran əsilli ingilis ssenarist rejissor Anna Lili Amirpour italyan Martina Paranti) iştirak edir.

Məşhur rus rejissoru Andrey Konçalovskinin Cənnət (Paradiese) filmi İkinci Dünya müharibəsindən bəhs edir. Müharibə illərində mühacir rus qadın Olqa fransız Jül ilə sevgi yaşayır. Filmin baş rolunu rejissorun həyat yoldaşı Yuliya Visoçskaya oynayır.

Ümumiyyətlə, builki Venesiya festivalında müharibə dəhşətlərindən bəhs edən filmlər çoxluq təşkil edir. Bosniya-serb rejissoru Emir Kusturitsa 10 illik aradan sonra ilk dəfə Süd yolu (On the Milky Road) filmi ilə festivala qatılıb. Filmdə Bosniya müharibəsi zamanı yaşanan sevgi hekayəsi təsvir olunur.

Avstraliya Amerika rejissoru Mel Gibson da uzun müddətdən sonra müharibədən bəhs edən Vicdan mülahizələrinə görə (Hacksaw Ridge) filmi ilə festivalda iştirak edir. Film İkinci Dünya müharibəsindən bəhs edir.

Xatırladaq ki, 2014-cü ildə Venesiya festivalında Azərbaycan rejissoru Elçin Musaoğlunun Nabat tammetrajlı bədii filmi kinofestivalın Horizontlar (Orizzonti) proqramında nümayiş olunmuşdu.

73-cü Venesiya film festivalı sentyabrın 10-dək davam edəcək.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S. 16.