Azərbaycanlı rejissorun filmi Kazan festivalında

 

Rusiyada yaşayan azərbaycanlı rejissor Mahir Canasın Mən qayıtdım filmi Kazan film festivalının proqramına daxil edilib. Festival 5-11 sentyabr tarixində keçiriləcək.

Rusiyanın Lenfilm Triiks Media kinostudiyalarının dəstəyi ilə istehsal edilən Mən qayıtdım filmi 10 sentyabrda Kazanın Vətən kinoteatrında nümayiş olunacaq.

Ekran əsəri psixoloji dram janrında lentə alınıb. Filmin ssenari müəllifi rejissoru Mahir Canas, quruluşçu operatoru Pavel Smirnovdur.

 

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S. 16.