Bölgələrdə yeni mədəniyyət ocaqları istifadəyə verilib

 

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Salyan və Masallı rayonlarında səfərdə olub. Dövlət başçısı səfər zamanı hər iki rayonda yeni mədəniyyət ocaqlarının açılışında da iştirak edib.

 

Salyan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən ölkə başçısı burada yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, muzeyin binası 1981-ci ildə inşa edilib və 2016-cı ilin may-avqust aylarında əsaslı təmir olunaraq yenidən qurulub. İki mərtəbədən ibarət binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada fond otağı və digər yardımçı otaqlar yerləşir.

İkinci mərtəbə əsasən ekspozisiya zallarından ibarətdir. Muzeydə 12 mindən çox eksponat varonlardan 800-ü ekspozisiya zallarında nümayiş etdirilir.

* * *

Prezidentin iştirakı ilə açılışı keçirilən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası isə üçmərtəbəlidir.

Qeyd olunub ki, muzey 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işində daha modern layihələrin tətbiq edilməsi Masallı Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.

Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat var, onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Muzeydə rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.

* * *

Dövlət başçısı Masallıda yeni istifadəyə verilən 640 yerlik Uşaq incəsənət məktəbinin açılışında da iştirak edib.

Bildirilib ki, məktəb 1979-cu ildə inşa edilib. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən tədris ocağı indi daha müasirgeniş binada yerləşir.

İkimərtəbəli binada 33 sinif otağı var. Sinif otaqları müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Masallı rayon Uşaq incəsənət məktəbində hazırda 305 şagird təhsil alır 70 müəllim çalışır. Məktəbin ərazisində abadlıq işləri görülüb.

Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinləyib. Sonda xatirə şəkli çəkdirilib.

Prezident həmçinin Masallıda Bayraq meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.2.