Görkəmli sənətkarın xatirəsi anılıb

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatrkino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 81-ci ildönümü ilə bağlı sənətkarın məzarını ziyarət edib.

Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemət və digər çıxış edənlər unudulmaz aktyorun həyat və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, S.Aslanın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının qəlbində hörmət və ehtiramla yaşayır. Tamaşaçılar onun yaratdığı obrazları hər zaman sevgi və sayğı ilə yada salır.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.2.