Misri”- gənc aşıqların səs incisi

 

 

Audio diskin təqdimatı keçirilib

 

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı iləMisri” - gənc aşıqların səs incisiadlı audio diskin təqdimatı keçirilib.

 

Tədbirdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək aşıq sənətinin hazırkı inkişaf dövründən söz açıb.

M.Qasımlı deyib: “Ulu öndər Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi humanitar mədəniyyət strategiyası ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan aşıq sənəti öz inkişafında yeni bir mərhələni yaşayır. Aşıq sənətinin UNESCO səviyyəsinə qaldırılması, dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edərkən bu sənətə ümumiyyətlə, mədəni irsimizə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət qayğını xüsusi qeyd etməliyik”.

Məhərrəm Qasımlı bildirib ki, aşıq sənətimizi gələcək nəsillərə çatdırmaq üçün müxtəlif layihələr həyata keçirilir. Təqdimatı keçirilənMisri” - gənc aşıqların səs incisiadlı layihə bu qəbildəndir.

Layihənin həyata keçirilməsində məqsəd aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanılması bu sənətin bölgələrdə geniş şəkildə yayılmasını təşkil etməkdən ibarətdir.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Göygöl, Tovuz, Ağstafa, Şamaxı, Gədəbəy s. rayonlarda 200 nəfərdən çox gənc aşığın ifası dinlənilib, onların arasından seçilən 30 nəfər istedadlı gəncin ifalarından ibarət disk hazırlanıb. M.Qasımlı qeyd edib ki, diskdə Azərbaycan aşıqlığının tarixi ənənələrini ifadə edən müxtəlif havalar öz əksini tapıb. Həmçinin, burada ilk dəfə olaraq Balakən Zaqatala rayonlarından olan gənc tamburçu aşıqların repertuarına da yer verilib.

Gələcəkdə isə Balakən, Zaqatala Qaxdan olan digər gənc tamburçular da tədbirlərə dəvət olunacaq, tamaşaçılar ayrıca tamburçular qrupunun da çıxışını dinləmək imkanı əldə edəcəklər.

Tədbirin keçirilməsində zəhməti olanlara minnətdarlığını bildirən Aşıqlar Birliyinin sədri deyib: “Yolumuz, məramımız bəllidir. Yolumuz Azərbaycan aşıq sənətinə, milli-mənəvi dəyərlərimizə xidmət etmək, bu yolu işıqlandırmaqdır. Onun üçün gənclərə bütün varlığımızla qucağımızı açmışıq, Azərbaycan Aşıqlar Birliyi bundan sonra da gənclərə öz qayğı dəstəyini göstərəcək. Görəcəyimiz işlər çoxdur, inşallah, Azərbaycan sazının, sözünün ləyaqətini həmişə uca tutmağa çalışacağıq”.

Tədbir aşıq musiqisindən ibarət konsert proqramı ilə davam edib.

Şairə Zöhrə Xəlilinin aparıcılığı ilə keçən konsertMisriqrupunun ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. “Çeşmə” və “Laçın” qruplarının, Rəfiqə Göyçəli, Məhsəti Cabbarlı, Xatirə Gülməmmədli, Şəhriyar Laçın, Ramin Qarayev, Gözəl Kəlbəcərli və digərlərinin ifasında səslənən aşıq havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.4.