Dövlət Kukla Teatrı müsabiqə elan edib

 

Oyuqstudiyasına istedadlı uşaqlar dəvət olunur

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85 illik yubileyi münasibətilə balaca istedadlar arasında müsabiqə elan edib. Teatrın nəzdində fəaliyyət göstərənOyuqteatr-studiyasına istedadlı uşaqların qəbulu başlanıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sentyabrın 6-dan 26-dək davam edəcək müsabiqədə 5-15 yaşlı uşaqlar iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Dövlət Kukla Teatrına (saat 13-dən 15-dək) müraciət edə bilərlər.

Aktyorluq rejissorluq, xoreoqrafiya vokal üzrə pedaqoqların seçəcəyi uşaqlardan tələb olunan əsas keyfiyyətlər səhnədə özünü sərbəst ifadə, səs xoreoqrafiya bacarıqlarıdır.

Qeyd edək ki, “Oyuq” studiyasının yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq mükafatlara layiq görülüblər.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.6.