“Arılar arasında”

 

Naxçıvan Musiqili Dram Teatrında yeni tamaşanın məşqləri

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçinin “Arılar arasında” komediyası əsasında hazırlanan yeni tamaşanın məşqlərinə start verilib. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Kamran Quliyev, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovdur.

Əsərdə özünü həmişə haqlı sayan gəncliklə onunla barışmayan yaşlı nəslin nümayəndələri arasında yaranan problemlər əksini tapıb.

Rolları Xalq artisti Həsən Ağasoy, Əməkdar artist Əbülfəz İmanov, Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Nurbəniz Niftəliyeva, Səyyad Məmmədov və Anar Eyvazov ifa edirlər.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.6.