Kiçik Şəmsin sənət sevinci

 

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında "Şəhzadə Şəmsin sehrli fırçası" adlı sərgi keçirilib. Sərgidə qalereyanın rəsm dərnəyinin üzvü olan balaca rəssamın 15 rəsm, 5 dekorativ-tətbiqi sənət işi təqdim olunub. Tədbirdə kiçik rəssamın ailə üzvləri, dostları, şəhər Mədəniyyət evinin, rəsm dərnəyinin üzvləri iştirak ediblər. Şəms Şəhzadə şəhər Mədəniyyət və Turizm idarəsinin fəxri fərmanı ilə təltif olunub.

Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri, müğənnilər mahnı sovqatları ilə kiçik rəssamı təbrik ediblər. Həmçinin Kamil Ağazadənin rəhbərliyi ilə rəqs qrupunun ifasında Şərq ölkələri rəqsləri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.7.