“Retro Bakılayihəsinin konsertləri davam edir

 

 

“Retro mahnılar heç zaman yaddan çıxmır, ötən dövrün musiqiləri insanda nostalji hislər oyadır

 

Bu ilin yay aylarında Bakıda həm şəhər sakinlərinin asudə vaxtlarının səmərəli təşkil olunması, həm turistlərə Azərbaycan mədəniyyətini tanıtmaq üçün bir neçə mədəni layihəyə start verildi. Belə layihələrdən biri - Mədəniyyət Turizm Nazirliyinin dəstəyi Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşan “Retro Bakılayihəsi sentyabr ayında da davam etməkdədir.

 

İyul ayından etibarən hər həftəsonu paytaxtın Fəvvarələr meydanı ərazisində “Retro Bakılayihəsi üzrə konsert proqramları təqdim olunur. Layihənin əsas məqsədi Bakıda 60-70-ci illərdə dəbdə olmuş açıq hava konsertləri ənənəsini yenidən canlandırmaq, əhalinin asudə vaxtını səmərəli təşkil etməkdir.

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin Mədəni tədbirlərin təşkili yaradıcı gənclərlə üzrə mərkəzinin direktoru Hacı Əliyev bildirdi ki, layihə qısa zaman ərzində həm şəhər sakinlərinin, həm paytaxtımıza gələn turistlərin marağını cəlb edə bilib: “Artıq üç aya yaxındır ki, hər həftənin şənbə bazar günləri iki saata yaxın müddət ərzində paytaxtımızın sakinləri şəhərimizin qonaqları milli dünya musiqisinin incilərini dinləmək, zəngin milli rəqslərə tamaşa etmək imkanı əldə edirlər. Təqdim etdiyimiz konsertlər müxtəlif musiqi janrlarını əhatə edir. Burada həm milli musiqilərimiz, muğamlarımız, estrada mahnıları, milli rəqslərimiz, həmçinin xarici musiqilər yer alır. Yeni musiqilərlə yanaşı, 60-70-ci illərin melodiyaları da səsləndirilir. Layihədə əsasən gənc ifaçıların çıxışlarına yer verilsə , hər dəfə çalışırıq ki, tanınmış musiqiçiləri dəvət edək”.

H.Əliyevin sözlərinə görə, layihə bu ayın sonunadək davam edəcək, oktyabrın 2-də isə “Retro Bakı”nın geniş bağlanış konserti keçiriləcək: “Layihə böyük maraq doğurub. Odur ki, gələn il yaz aylarından başlayaraq payızadək bu layihəni yenidən reallaşdırmağı düşünürük. Növbəti il çalışacağıq ki, “Retro Bakı”da yeni-yeni ifalarla, rəngarəng musiqilərlə tamaşaçıların qarşısına çıxaq”.

Qeyd edək ki, konsertin keçirildiyi səhnə “Retro Bakıab-havası yaradacaq üslubda qurulub. Səhnənin dekorasiyasında 60-70-ci illərin Bakısına həsr olunmuş fotoşəkillər, dekorativ sənət nümunələri s. nümayiş olunur.

Ötən həftəsonu “Retro Bakı”nın qonaqları müğənni Əminə Şirin rəqqas İlham Kərimli oldular. Konsertdə gənc müğənnilər Hüseyn Abdullayev, Səbinə Əsgərova, Cəvahir Abdulova, Nizami Nikbin, Aygün Ağayeva Qismətqrupunun ifaları da səsləndi.

Konsert proqramı maraqla qarşılandı.

Təhminə Məmmədova paytaxtın mərkəzi küçələrindən birində yaşayır: “Hər həftəsonu nəvələrimi götürüb konsertə baxmağa gəlirəm. Burada səsləndirilən musiqilər məni 60-70-ci illərə qaytardı, həmin dövrün mədəni həyatını xatırlatdı. Retro mahnılar yaddaqalandır, heç zaman unudulmur, ötən dövrün musiqiləri insanda nostalji hislər oyadır”.

Yaşar Ağayev “Retro Bakılayihəsinə həm yaşlı insanların, həm gənclərin maraq göstərdiyini deyir: “Misal üçün, mən yaşlı adamam, gəlmişəm, kənarda dayanıb qulaq asıram. Hər dəfə konsert olanda burda hər yaşda insanları görmək olar. Maraqlı layihədir, davamlı olmasını arzu edərdik”.

 

Fariz

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.8.