Los-AncelesdəAzərbaycan kinosu gecəsi

 

 

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun Azərbaycan icmasının birgə təşkilatçılığı ilə bu şəhərdəAzərbaycan kinosu gecəsiadlı layihəyə start verilib. Layihə çərçivəsində Azərbaycan filmlərinin təqdimatı planlaşdırılır.

Sentyabrın 2-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən tədbirdə rejissor Elçin Musaoğlunun 2009-cu ildə çəkdiyi “40-cı qapıfilmi nümayiş etdirilib.

Baş konsul Nəsimi Ağayev ABŞ-da, xüsusilə Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edib.

Los-Ancelesdəki Azərbaycan icmasının fəallarından Kimya Məmmədova göstərilən dəstəyə görə icma adından baş konsulluğa təşəkkürünü ifadə edib, qarşıdakı dövrdə bu layihənin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bildirib. Qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd milli kinomuzun klassik yeni nümunələrini tanıtmaqdır.

İcma fəalı “40-cı qapı” filmi barədə qısa məlumat verdikdən sonra qonaqlar ekran əsərinə tamaşa ediblər.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.8.