Sözdən asılan arzular

 

 

Güney Azərbaycan şairlərinin antologiyasının təqdimatı

 

Quba rayon Mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsində “Mirzə İbrahimov adına Kitab Fonduİctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı layihə üzrə “Sözdən asılan arzular” adlı kitabın təqdimatı keçirilib.

MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirib ki, kitabda Güney Azərbaycanda yaşayan bir çox şairlərin poemaları toplanıb. Bu antologiya ədəbiyyatşünaslıq tariximizdə ilk təşəbbüsdür.

Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad nəşrin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, kitab uzunmüddətli fəaliyyət nəticəsində işıq üzü görübburada yer alan poemaların başlıca mövzusu vətən, onun tarixi, əsrlər boyu qoruyub yaşadılan mənəvi dəyərlərdir.

Tədbirdə Quba Uşaq musiqi məktəbinin müəllimi Əlövsət Səlimov və məktəbin məzunu Polad Heydərovun ifasında muğam nümunələri səsləndirilib.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.11.