Balaca əllərin böyük işləri

 

Siyəzəndəki Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət mərkəzi ilə birgə Balaca əllərin böyük işləri adlı sərgi keçirilib.

Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova, balaca fırça həvəskarlarının üzərində əməyi olan gənc rəssam Pəri Mirzəyeva, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış edərək sərgi münasibətilə iştirakçıları təbrik edib, onlara yeni uğurlar diləyiblər.

Sonra tədbirə qatılanlar nümayiş olunan əl işləri ilə tanış olublar. Balacaların sənət dünyasının təcəssümü olan əl işləri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.11.