Səhnələr...

 

 

Bunların çoxunda əla, gözəl, misilsiz oynayan, birində isə yarımçıq qalan Siyavuş Aslan...

 

1935-ci il sentyabrın 5-də Bakının Saray kəndində doğulmuş, uşaqkən tar sinfinə, dram dərnəyinə, 7-ci sinifdən Dəmiryol Texnikumuna getmiş, peşəkar aktyor karyerasına 1954-cü ildən başlamış, mərhum aktyor Rza Əfqanlının qızı Ofeliya xanımla ailə qurmuş, iki oğul atası olmuş, yaratdığı bənzərsiz obrazlarla adını Azərbaycan teatrkino tarixinə qızıl hərflərlə yazdırmış və... bu dünyadan “ailə dramı” ilə getmiş Siyavuş Aslan...

 

Bir halda ki, bu boyda sənət görklü, milli mədəniyyət çaplı, ictimai yüklü adam haqda yazımın sər vəri belə gəldi, bu ladda bir nota da toxunum. Belə ki, sözügedən “dram”ın “svyazka” və “kulminasiya” mərhələlərilə bağlı daha çox özünü qınayan bu ər yaxın bildiyi gənc həmkarlarına məsləhətlərində bunu da deyərmiş: “Tez evlənin. Özü də, əgər bir az “xata-pata”karsızsa, çalışın sizi sevənlə ailə qurun, öz sevdiyinizlə yox; o fağırlar, heç olmaya, sevdiklərinə görə dözə bilsinlər...”

 

Onun son obrazı (?)...

 

Əldən düşənədək biri-birindən gözəl çıxışları, duzlu-məzəli oyun-obrazları ilə zəhmətkeş Azərbaycan sovet xalqına saysız-hesabsız xoş anlar, həzzli saatlar bəxş etmiş bu azman sənətkar “bica-qoca”lığını əsasən Dənizkənarı Milli Parkdakı (bir gün elə mənim də söhbətləşdiyim) “keyfi-köşklər”ində keçirərdi. Hobbisiolsa yaxşıdır? Təsbeh və üzük kolleksiyası. Dörd yüzdən çox təsbehi varmış. Maraqlanan dostlarına deyərmiş “neynim, hər gün bir təzəsini götürüb, köhnə günlərimi şaqqıldadıram”. Üzükləri isə “qocalıq əsarəti” adlandırarmış. Hər fəsildə birini taxdığı o üzüklərin bəzilərinə “bəytərifi” deyən dostlarına “qurbandı” desə də, təsbeh məsələsində çox simic imiş...

Onun bu səyyari “obraz”ında daimi bir “tərəf-müqabil”lik də yaşayırdı: “Sənət və ailə”. Siyavuş-Ofeliya tandemində birinci ifadənin yeri çoxlarına bəlli, ikincinin sirri isə azlarına. Birincidə qoşa sinonim dialoq: “Yaşasın sənət!”, ikincidə iki pantomim monoloq: “İki qoçun başı bir qazanda qaynamaz!..”

Onun zaman-zaman mətbuata müsahibələrini xülasələsək, dostlarına ürəkaçmalarını incələsək, buobrazxeyli açılmış olar. “Əvvəllər biz sakit göl qayığı kimi üzürdük, problemləri bəmdə həll edirdik. Sonralar... dəqiq deyə bilmərəm, işlər onun tərəfdən əyildi, ya mən tərəfdən...”, “Nə bilim, əhvalatları düz başa düşə, düz qiymətləndirə bilmirdik, də...”, “Ailə münasibətlərində də “axirət” varmış. Gərək vaxtında elə olasan ki, haçansaolan olub, keçən keçib” deməyəsən...”, “Bir-birimizi qısqandığımız da olub. Amma deyim ki, bunlar boş şeylər imiş. İndi gənclərə bir qeyri-aktyor sözü deyim; özlərindən muğayət olsunlar. Hər ailədə söz olur, amma... hönkürməkdən qorxmasaydım, bizim sonluğa gəlməmək üçün çoxlu-çoxlu sözlər deyərdim. Qoy gənc ailələr belə-belə boş şeylərdən uzaq olsunlar, bir-birinə can deyib, can eşitsinlər. Bizim də qəşəng günlərimiz olub; sevilmişik, həmişə üzdə olmuşuq. Təəssüf, bu teatr aləmi bizim sevgimizdə dram da yaşatdı. Biz yaxşı ailə idik, bir-birimizi çox istəyirdik. Əfsuslar ki, həyat səhnəsinin naqissuflyoruna uyduq, bir-birimizdən ayrı düşdük. Yox, Ofeliya elə bir əyər-əskiyə yol verməmişdi ki, mən onu qısqanım, amma teatr aləmi də ouşaq-muşaq” aləmlərdən deyil ki, ailələri “başına” buraxsın. Oynadığımız rollar, materiallar hərdən bizioyuna salırdı, istər-istəməz, bizim kimi komedistlərə də “tragikmizanlar verirdi. Amma... axı... biz elə deyildik...”, “Yaxşı olar ki, jurnalistlər mənə ailəmizdəki qısqanclıqlardan yox, teatr aləmindəki sənət qısqanclıqlarından suallar verələr. Deyim ki, bu da təbii şeydir, amma... Yəni, sənət qısqanclığa dözər, xəyanəti sevməz. Sənət yalnız sədaqətliləri yaşadıb və yaşadacaq...”

Bütün bunlarla yanaşı, o öz istedad-sənət karandaşıyla elə bir kompleks-Obrazını yaradıb, həyat-yaşam qələmiylə elə bir ustadlıq tərcümeyi-halı yazıb ki, haqqında yazanlardaha nə, necə?” dilemmalarına qərq olurlap onun “Əhməd haradadır?”da (park skameykasında yuxulamaq istərkən) Uzundraz Oqtaya atdığı replika situasiyasına düşür:

 

Qoy yazaq dəə!..

 

Hə, seyri-tamaşaçılığa nə varmış ki; hər barədə aydın-asan sənətkarlardan yazmaqlıq xeyli çətin peşə. Məsələn, tamaşaçılarından biri olaraq deyə bilərəm ki, Siyavuş Aslanın rol aldığı obrazların əksəriyyəti adama futbol üzrə dünya birinciliyinin final qolları kimi ləzzət verirdi. OnunUlduz” filmində yaratdığı Şubay obrazını fikrən hər hansı bir başqa aktyora transferləşdirin, görün, necə alınır? Yaxud “Əhməd haradadır?” filmində (böyük bəstəkar Rauf Hacıyevin ecazkar musiqi taktları altında) yataqxana komendantı ilə “başqatmaoyununu xatırlayın. Hələ teatr səhnələrindəki bədii-həyati oyunları! “Hicran” tamaşasındakı Dadaşbala obrazını, təbii ki, ondan sonra neçə-neçə aktyor oynayıb və hələ oynayacaq. Amma onlardan hansısa bu sənət rolunu Siyavuş Aslanrulu kimi idarə edə biləcəkmi?!.

“Nə və necə yazmaqbir problem, nə qədər yazmaq - iki. Filmoqrafiyasının tam olmayan siyahısı 50-ni keçən bu teatr aktyorunun saysız səhnə rollarını necə çəkəsən qələm-kağız ayağına? Hamısı da, elə bil, onun komik “mən”inə uyğunlaşdırılmış adlar: Firuzbala, İbişov, Şubay, Dadaşbala, Saqqal Ramiz, Qəmzəli, Misir Nəsir, Mindilli, Fəriş, Əsdulla, Sarı və s.

Onun sir-sifəti də ayrıca bir mini-teatr təsiri bağışlayırdı. Dünyada belə sifətli çox az aktyor var ki, bizdə bir Əliağa Ağayev idi, birbu Siyavuş Aslan. Deyim ki, sonuncu daha ciddi, yaxşı mənada dahabozidi. O qədər ciddi, oxəntərə “bozsifət” ki, hətta “Əhməd haradadır?” filmindəki məlum rəqsini belə ona “yaraşdırmaq” olmur. Əlavə edim ki, onu tanımayan bir əcnəbi bu surəti artistdən çox tənqidçiyə bənzədərdi. Bu qənaətimin təsdiqi üçün onu tək elə səhnədə, kino-telekadrlarda yox, həyatda da görmək gərəkdi. Fərqindəsizmi, hər gəliş-görünüşüylə hər kəsi güldürən, bəzən uğunduran (xüsusilə “Hicran” tamaşasında!) bu insanın bircə kərə ürəkdən şaqqanaq çəkib güldüyü olmadı...

Mən buxarakter işinin fərqinə çox varır və elə hey fikirləşərdim:

 

Görəsən, niyə?..

 

Onu hərdən dənizkənarı bulvarda da görürdüm və maraqlıdır ki, əksərən tanınmamış adamların əhatəsində. Dili dialoqlarda olsa da, fikrən daim müqəyyəd monoloqda - tənhalıqda kimi görünərdi. Sifətindən qəribə uyğular yağan bu adam məndə qəribə duyğular oyadardı. Elə bil o, bizə - sevərlərinə, beş-on kəlmə kəsmək istəyənlərinə bir az ironiya ilə də baxırdı; yəni, “hə, nə var, noolub, aktyor-zad görməmisiz, işüüz-peşeüz yoxdi?”

Məncə, onun bu qeyri-leqal ironiyasında yuxarıda qısaca bəhs etdiyim “ailə dram”ının darolu vardı. Adını unutduğum bir teatr tənqidçisinin və Siyavuşun öz həmkarlarından birinin: Aktyor sevgi haqqında hər şeyi bilməyə, lakin onsuz yaşamağı da öyrənməyə borcludur”, “Populyarlıq evdə bədbəxt olanların çöldəki xoşbəxt görüntüləridir” fikirləri mənim bu qənaətimə qüvvət kimi səslənir...

Və yuxarıda yaratmağa çalışdığım “son obraz”ın tamamlanmasına qüvvət. Bir dəfə onu dənizkənarı çayxanada tənha oturmuş gördük və həmkarlarımdan biri dedi ki, gedək oturaq, rəsmi müsahibələrdən qaçan bu balacaboy nəhənglə əməlli bir intervü-söhbət edək. Yaxınlaşdıq. Salam-kəlamdan sonra üçümüzdən ikimizi tanıyan Siyavuş müəllim iltifat göstərib, səhnədənkənar gülüş-güldürüş də yaratdı: “Yəqin qırağdan baxıb-baxıb, öz-özüzə deyibsiza üç gəzən bəxtəvər, heç demirsiz tək də var”, həə?..”

Yaxşıca gülüşdük və həmkarlarım “qızınma” söhbətindəykən, mən, uzun illər komediya teatrının “as”ı olmuş bu adamın sir-sifətindəki əbədiməskun tragik cizgiləri izləyirdim. Bir xeyli davam edən gül kimi Allah-bəndə söhbətimizin bir məqamında həmkarlarımdan birigülvurdu:

- Siyavuş müəllim, ərəb mütəfəkkirlərindən biri deyir ki; “Böyük insanların iki ürəyi var: birindən qan axır, o biri dəyanətlə dözür”. Bu barədə nə deyərdiz?

Bu həmişəhazır aktyorumuz sözünü rola girmədən söylədi: “Buna cavab verməkçün adamın üçüncü ürəyi olmalıdır”.

Bu ekspromt cavab dostlarımı daha da ruhlandırdı:

- Napoleon deyir: “Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir”. Sizcə də belədir?

- Sizi bilmirəm, mən Bonapart boyda nəhəngin fikrini redaktə edə bilmərəm.

- Siseronun bir fikri var: “Dahi insanlarda xüsusi cazibədarlıq olduğu üçün insanlar elə ilk baxışdan onları sevməyə başlayırlar”.

Bütün görkəmi ilə təvazökarlıq obrazını xatırladan bu sənətkar bir az da ciddiləşib, qınaq-qonaq əda-sədası ilə:

- A kişilər, bu frazada söhbət dahilərdən gedir, - deyib, təbəssümlə əlavə etdi - nöş mənə bu durbinnən baxırsız?!

Mən:

- Bəs Siz, jurnalistlərin sənət adamlarını ailə-məişət mövzulu suallar səviyyəsinə endirmələrinə necə baxırsız, Siyavuş müəllim?

Məchul və “məlum” bir nöqtəyə zillənmiş göz almacıqlarını bir qədər də qabardan Siyavuş Aslan:

- Mən elə suallara bax belə baxıram...

 

Tahir Abbaslı

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.13.