Əsrlərdən miras qalmış tarixi və mədəni irs

 

 

Qafqaz Albaniyası haqqında layihə həyata keçirilir

 

“Bakı Gənclər Klubuİctimai birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Qafqaz Albaniyası - əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi gənclərin qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, əhalini bu dövrlə bağlı abidələrin qorunmasına cəlb etməkdən ibarətdir.

Layihə çərçivəsində müxtəlif regionlardan olan gənclərin iştirakı ilə Şəki, Qax, Qəbələ, Oğuz rayonlarını əhatə edən yay düşərgəsi keçirilib.

Yay düşərgəsinin Şəkidə keçirilən açılış mərasimində ictimai birliyin sədri Azər Cavadov layihəyə verdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib, layihə barədə məlumat verib.

Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Mirvari Zeynalova, Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov layihənin əhəmiyyəti barədə danışıb, Şəkinin Qafqaz Albaniyası ilə bağlı tarixindən söz açıblar.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.13.