Xalq artisti Yaşar Nurinin məzarı ziyarət olunub

 

 

Sentyabrın 3-də Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli aktyor Yaşar Nurinin (1951-2012) anadan olmasının 65-ci ildönümündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi sənətkarın II Fəxri xiyabanda məzarını ziyarət edib.

Teatrın bədii rəhbəri direktoru, Xalq artisti Azərpaşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərindən danışaraq onun yaratdığı obrazlar qalereyasına nəzər salıb. Qeyd olunub ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq mədəniyyətimiz var olduqca, Yaşar Nuri hər zaman yad olunacaq.

Teatrın direktoru diqqətə çatdırıb ki, oktyabr ayında Yaşar Nurinin anadan olmasının 65 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xatirə gecəsi keçiriləcək.

Ziyarət mərasimində sənətkarın ailə üzvləri də iştirak edib. Sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nurinin xatirəsini əziz tutduğunadaim ehtiramla yad etdiklərinə görə teatrın kollektivinə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.14.