Kamran Nəzirlinin hekayələri Türkiyə və Rusiya jurnallarında

 

 

İstanbulda çıxan "Türk ədəbiyyatı" aylıq fikir və sənət jurnalının avqust nömrəsində Azərbaycan yazıçısı Kamran Nəzirlinin "Yarpaqlar töküləndə" hekayəsi dərc edilib.

Hekayəni türk dilinə tanınmış yazar və tərcüməçi İmdat Avşar çevirib. Jurnalda müəllifin həyat və yaradıcılığı barədə də məlumat verilib.

Avqust ayında yazıçının daha altı hekayəsi Moskvada, Rusiya Yazıçılar Birliyinin Moskva bölməsinin orqanı "Rossiyski kolokol" ədəbi jurnalında və Krasnoyarskda çıxan "Den i noç" jurnalında dərc olunub. Yaxın aylarda yazıçının hekayələr kitabı Minskdə Belarus dilində işıq üzü görəcək, bir neçə hekayəsi moldovan, rumın, almanbolqar dillərinə tərcümə edilir və həmin ölkələrin ədəbi jurnallarında dərc olunacaq.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.15