Dini mədəniyyət nümunələrinin nümayişi imkanları müzakirə edilib

 

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr ilə görüşüb. Görüşdə gələcəkdə pravoslav xristian dininə aid mədəniyyət nümunələrinin nümayişi imkanlarının müzakirəsi ilə bağlı fikir mübadiləsi aparılıb. İki tərəf arasında artefaktların mövcudluğu və onların mahiyyəti məsələləri müzakirə edilib.

Arxiyepiskop qəbula görə təşəkkürünü bildirib və gələcəkdə ikitərəfli əməkdaşlığın daha da uğurlu olacağına inam ifadə edib.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.3.