Milli Konservatoriyada yeni fakültələr açılıb

 

 

Azərbaycan Milli Konservatoriyasında yeni tədris ilində iki yeni fakültə fəaliyyətə başlayacaq. Təhsil müəssisəsinin təhsil işləri üzrə prorektoru, professor Malik Quliyev bildirib ki, bu ildən konservatoriyada milli estrada caz musiqisi fakültələri yaradılıb. İlk qəbul ili olmasına baxmayaraq, hər iki fakültəyə plan yerləri dolub.

Hazırda Milli Konservatoriya 18 sentyabr - “Üzeyir musiqi günü”nə hazırlaşır. Bu münasibətlə sentyabrın 17-də Milli Konservatoriyanın həyətində konsert proqramı təqdim ediləcək. Konsertdə tədris ocağının orkestri, xor kollektivi rəqs ansamblı çıxış edəcək. Qeyd edək ki, tələbə xorunun repertuarında həm xalq musiqi nümunələri, həm Azərbaycan dünya bəstəkarlarının əsərləri yer alır.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.4.