Musiqi sülhə səsləyir”

 

 

Sentyabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Musiqi sülhə səsləyir” adlı tədbir keçirildi.

 

Beynəlxalq Sülh Günü münasibətilə ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində təşkil olunmuş tədbirin qonağı Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Cəlal Abbasov idi. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, musiqişünaslar, incəsənət xadimləri iştirak edirdi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.

Bildirdi ki, Azərbaycan bəstəkarlarının əsərlərində sülh mövzusuna hər zaman müraciət olunub. Ümumbəşəri mövzuları diqqətə çatdıran bəstəkarlarımız əsərlərində insanpərvərlik, humanizm, azadlıq ideyalarına xüsusi yer ayırırlar, onların musiqiləri dünyada maraqla qarşılanır.

Muzeyin direktoru görüşdə iştirak edən professor Cəlal Abbasovun da belə bəstəkarlarımızdan olduğunu vurğuladı. Qeyd etdi ki, bəstəkar BMT-ninÜmumdünya insan hüquqları” Bəyannaməsinin 50 illiyinə həsr olunmuş müsabiqənin qalibidir.

Muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın yaradıcılığından söz açdı. Bildirdi ki, Cəlal Abbasov geniş dinləyici kütləsinin rəğbətini qazanmış əsərlərin, eləcə də elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri ABŞ, Avstriya, İndoneziya, Cənubi Koreya, Rusiya, Fransabaşqa ölkələrdə səslənib.

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova bildirdi ki, Cəlal Abbasovun əsərləri çox müasirdüşündürücüdür. O, bəstəkara yeni yaradıcılıq uğurları arzuladı.

Xalq artisti, dirijor Fəxrəddin Kərimov, jurnalist-musiqişünas Raya Abbasova və başqaları çıxış edərək bəstəkarın yaradıcılığından bəhs etdilər.

Daha sonra Cəlal Abbasov çıxış edərək sülh mövzusunda yazdığı əsərlər haqqında fikirlərini bölüşdü, bu mövzuya müraciət etməsinin səbəblərindən söz açdı və yaradıcılıq planlarından danışdı.

Tədbirdə Cəlal Abbasovun BMT mükafatına layiq görülmüşİf İ could see you again...” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından video-fraqment nümayiş olundu. Bəstəkar tədbir iştirakçılarının suallarını cavablandırdı.

Sonda Əməkdar artist Fəridə Məmmədova və İlahə Sadıxzadənin ifasında bəstəkarın vokal silsiləsindən fraqmentlər səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.5.