Üç məkanda yeddi ölkə on iki tamaşa

 

Üzümüzə gələn həftə Azərbaycan teatr ictimaiyyəti böyük teatr bayramı ilə baş-başa olacaq. Sentyabrın

15-dən 24-dək Üç məkan II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq teatr bayramına ciddi hazırlıq gedir. Adından göründüyü kimi, festivalın tamaşaları üç məkanda - S.Rəhman adına Şəki Dövlət Dram Teatrı ilə bərabər Mingəçevir Dövlət Dram Teatrında paytaxtda, Azərbaycan Dövlət Musiqili Teatrında oynanılacaq.

 

2014-cü ilin sentyabr ayında Şəkidə keçirilmiş birinci festivalla müqayisədə ikinci festivalın əhatə dairəsi genişlənib. Bu dəfə teatr bayramında yeddi ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran Birləşmiş Ərəb Əmirlikləri təmsil olunacaq. Bəs festival günlərində hansı tamaşalar göstəriləcək, hansı kollektivlər qonağımız olacaq? Əvvəlcə öz teatrlarımızdan başlayaq.

* * *

Festival sentyabrın 15-də Şəkidə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında Mirzə Cəlilin Ölülər tragikomediyasının tamaşası ilə başlayacaq. Teatrın bədii rəhbəri direktoru, Xalq artisti Azərpaşa Nemətin quruluş verdiyi səhnə əsəri kollektivin ötən mövsümdə son premyeralarından biri olub.

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı isə ayın 20-də Mingəçevirdə Nizami Gəncəvinin Yeddi gözəl poeması əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edəcək. Tamaşaya litvalı rejissor Yonas Vaytkus quruluş verib.

Nəhayət, paytaxtın daha bir teatrı, son illər öz repertuarında həm böyüklər üçün maraqlı tamaşalara yer verən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 21-də Qurban Məsimovun Zəng monotamaşası ilə Şəkidə qonaq olacaq.

Sanballı teatr ənənəsinə malik iki bölgə teatrımız da Üç məkanda çıxış edəcək. Bunlardan biri ev sahibi olan S.Rəhman adına Şəki Dövlət Dram Teatrı, o biri isə Gəncə Dövlət Dram Teatrıdır. Şəkililər sentyabrın 22-də öz səhnələrində S.Vurğunun Vaqif dramı əsasında hazırladıqları tamaşa ilə, gəncəlilər isə sentyabrın 18-də Mingəçevirdə C.Məmmədquluzadənin Dəli yığıncağı tamaşası ilə beynəlxalq festivala töhfələrini verəcəklər. Bizim teatrsevərlər ötən mövsümdə hər iki əsəri izləyib maraqlı rejissor yozumuna görə bəyənib. Ümidvarıq ki, xaricdən gəlmiş teatr biliciləri adıçəkilən tamaşaları bəyənəcəklər. Vaqifin quruluşçu rejissoru, Moskvada yaşayıb fəaliyyət göstərən həmyerlimiz, Əməkdar incəsənət xadimi Mərdan Feyzullayevdir, Dəli yığıncağına quruluş verən isə Gəncə teatrının baş rejissoru İradə Gözəlovadır.

* * *

Zəngin teatr ənənələrinə malik qonşu Gürcüstan festivalda iki kollektivlə - S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı ilə təmsil olunacaq.

Sentyabrın 18-də S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı V.Pşavelanın Ev yiyəsi qonaq tamaşasını oynayacaq. Tamaşa müəllif barədə məlumat toplaya bilməsək , kollektiv barədə öyrəndiklərimizi oxucularımızla bölüşürük. Bu teatrın yaşı o qədər çox deyil. 1981-ci ildə rejissor Leri Paksaşvili tərəfindən yaradılıb. 1988-ci ildə isə teatra məşhur rejissor, öz yaradıcılığı ilə ölkəsinin təkcə teatr həyatında yox, həm mədəni həyatında böyük iz qoymuş, 37-ci il repressiyasının qurbanı Sandro Axmetelinin adı verilib. Cavan olmasına baxmayaraq, kollektiv dəfələrlə Avropada qastrolda olub, şahidlərin yazdığına görə, onların çıxışları həmişə alqışlarla qarşılanıb. Bir çox festivallarda uğurlar qazanmış Tbilisi Dövlət Dram Teatrının afişalarını Tamar Bejuaşvili, Qvanes Kandelaki, Kaxa Coxadze, Anna Matuaşvili kimi gürcü teatr ulduzlarının adları bəzəyir. Odur ki, kollektivin Şəkidəki çıxışının da maraq doğuracağı şəksizdir.

Sentyabrın 20-də festival səhnəsinə çıxacaq N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı 1988-ci ildə iki truppanın - Tbilisidəki gürcü rus Gənc Tamaşaçılar teatrlarının birləşməsindən yaranıb. Teatrda bu gün hər iki dildə tamaşalar hazırlanır. Çoxillik yaradıcılıq ənənəsinə malik kollektiv Şəkidə C.Rossininin Sevilya bərbəri əsəri ilə çıxış edəcək. Azərbaycan tamaşaçısı bu əsəri opera səhnəsində izləyib, məzmunu bizə bəllidir. Amma kreativ düşüncəli gürcü teatr insanlarının təxəyyülü sonsuzdur. Bu üzdən gürcülərin Sevilya bərbərini necə təqdim edəcəklərini maraqla gözləyirik.

* * *

Çağdaş Azərbaycan teatrsevərlərinin Ukrayna teatrı barədə bilgiləri çox səthidir. Sentyabrın 17-də Üç məkanda çıxış edəcək Teatr Prekrasnıye svetı (Gözəl çiçəklər teatrı) bizi həm ən yeni teatr janrlarından olan - Fank-futurizm ilə tanış edəcək. Teatr Prekrasnıye svetı 2011-ci ildə İ.P.Kotlyarovski adına Xarkov İncəsənət Universitetinin bir neçə məzunu tərəfindən yaradılmış müstəqil teatrdır. Unikal teatr janrı olan Fank-futurizmin təməlini elə həmin məzunlar - Artyom Vusik, İqor Klyuçnik Denis Çmelov qoyublar.

Kollektivin yaradıcılıq məramı köhnə təzə teatr forma texnikalarının harmonik qovuşuğuna nail olmaqla şəhərin ölkənin teatr sənətinin inkişafına, onu yüksək səviyyəyə qaldırmağa nail olmaqdır. Onların Şəkidə göstərəcəkləri Piy tamaşası isə müxtəlif sosial problemləri - hakimiyyət pul hərisliyini, televizordan, sosial şəbəkələrdən zərərli vərdişlərdən asılılığı ifşa edən satirik tamaşadır. İ.Klyuçnikin müəllif tamaşasında savadsızlıq mənəviyyatsızlıq gülüş hədəfinə çevrilir, sevginin həyatın qısa sürməsindən, artıq nəsnələrdən müasir cəmiyyətin məşğuliyyətlərindən bəhs edilir.

* * *

Adı Qərb mifologiyasındakı təlxək-iblis obrazından (trickster - ingiliscə yalançı, hiyləgər) götürülmüş Trikster teatrı (Moskva) təxminən 12 il əvvəl sənətə bir-birinə aşiq iki insanın - Vyaçeslav İqnatov Mariya Litvinovanın yaradıcılıq təxəyyülünün məhsuludur. Onların ilk müştərək tamaşalarından olan Yazılmamış nağıl on ildən çoxdur ki, müxtəlif teatr festivallarında iştirak edir. Ayrılıqda birlikdə hazırladıqları tamaşalara görə müxtəlif mükafatlara, o cümlədən Rusiyanın nüfuzlu Qızıl maska teatr mükafatına layiq görülüb.

Sentyabrın 19-da isə Şəki səhnəsində B.Paskal İ.İqnatovun Bədən üzvləri tamaşasını seyr etməklə Rusiya teatrındakı yeni nəfəsi duymaq imkanımız olacaq.

* * *

Üç məkan festivalında son iyirmi ildə yaradıcılıq potensialına meyllərinə kifayət qədər bələd olduğumuz İran Türkiyə teatrları, o cümlədən haqqında geniş anlamda demək olar ki, heç bilmədiyimiz ərəb teatrı da təmsil olunur. Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Əl Əhli Dubay Teatrı B.Abdullahın Mirvari günlər tamaşasını Şəkidə, İran İslam Respublikasının Neğab Teatrı X.Təqiani Purun Kütləvi xoşbəxtlik tamaşasını Mingəçevirdə nümayiş etdirəcək. İranlı müəllifin adı bizə Lənkəran teatrında hazırlanmış İlan Sultan tamaşasından tanış olsa da, təəssüf ki, internet resurslarından hər iki teatr barədə bizim bildiyimiz dillərdə heç bir məlumat əldə edə bilmədik. Ümid qalır onlarla şəxsi görüşə tamaşalardan alacağımız təəssürata.

 

Nəhayət, festivalda sonuncu çıxış etmək şərəfi İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrına nəsib olub. Kollektiv iki gün - sentyabrın 22-də 23-də Bakıda Musiqili Teatrın səhnəsində Xalq yazıçısı Elçinin Şekspir tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru - illərdən bəri Türkiyədə yaşayan aktrisa-rejissor Məlahət Abbasova bizə yaxşı tanışdır. Hər halda 2013-2014-cü teatr mövsümündə Türkiyədə İlin ən yaxşı aktyoru mükafatını qazanmış beş sənətçinin çıxış etdiyi tamaşaya baxmağın öz ləzzəti var.

 

...Beləcə, II Şəki Beynəlxalq Teatr Festivalı barədə Bakıdan bu yazımızı diqqətinizə çatdırdıq. Gələn həftədən etibarən festivalla bağlı yazılarımızı Şəkidən gözləyin.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.6.