Tarix-memarlıq qoruğunda sərgi

 

 

Hacıqabul rayon MKS-nin Rəncbər, Kürçülü, Qızılburun kənd, Navahı qəsəbə kitabxana filiallarının, Heydər Əliyev Mərkəzinin və Tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Pir Hüseyn Xanəgahı” Tarix-memarlıq qoruğunda tədbir keçirilib.

Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov mədəniyyət müəssisələri tərəfindən müxtəlif məkanlarda, o cümlədən qoruq ərazisində keçirilən tədbirlərdən, sərgilərdən söz açıb. Bildirilib ki, budəfəki sərgidə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işləri, Tarix-diyarşünaslıq muzeyinin eksponatları və müxtəlif nəşrlər nümayiş etdirilir.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.7.