Hərbi hissələrdə özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsi keçirilib

 

 

Ölkəmizin hərbi hissələrində əsgərlər arasında özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsi keçirilib. Müsabiqələrdə incəsənət sahəsində istedadı olan əsgərlər iştirak edib.

Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət evininTuran” rəqs kollektivi N saylı hərbi hissədə rəqs nömrələrinin qurulmasında əsgərlərə yaxından köməklik göstərib. Kollektivin qızlardan ibarət heyəti əsgərlərlə birgə müsabiqədə iştirak edib. Kollektivin əsgərlərlə uğurlu çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb.

Sonda kollektiv hərbi hissənin komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.7.