Bakı payız səyahətləri üçün populyar şəhərlər siyahısında

 

 

RoomGuru.ruturizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb. Reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək qabaqcadan mehmanxana və mənzil kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.

Rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, TallinnParis daxildir. Azərbaycanın paytaxtına üçgünlük payız səfərləri üstünlük təşkil edir.

Payız səfərləri üçün büdcəyə uyğunluq baxımından ən sərfəli xarici şəhərlər Minsk və Varşavadır.

Mövsümdə 10 ən populyar xarici kurort gəzintisi ölkəsi siyahısına isə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, İtaliya, Çexiya, Tailand, Bolqarıstan, MonteneqroXorvatiya daxildir. Büdcəyə uyğunluq baxımından ən sərfəli ölkə Bolqarıstan, ən bahalı ölkə İtaliyadır.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.9.