“Sənətə sədaqət”

 

Tanınmış ifaçı haqqında kitab hazırlanıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar artist Mirnazim Əsədullayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə sədaqət” kitabı çapa hazırlanır. Kitabda tanınmış kamança ifaçısının 65 illik yubileyi ilə əlaqədar sənət dostlarının təbrik və ürək sözləri, müxtəlif illərdə haqqında hazırlanan televiziyaradio verilişlərinin mətni, məqalələr yer alır. Yaxın vaxtlarda oxuculara təqdim ediləcək kitaba millət vəkili, akademik Rafael Hüseynovön söz” yazıb.

Mirnazim Əsədullayev Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində (ABŞ, Kanada, Hindistan, Nepal, Cənubi Koreya, Fransa, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Türkiyə, İrans.) konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini təmsil etməkdədir. Onun ifasında lent yazıları Azərbaycan TeleviziyaRadiosunun “Qızıl fondunda saxlanılır. Mirnazim Əsədullayev ifaçılıqla yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, “İnstrumental ifaçılıq” kafedrasının dosentidir.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.11.