Kitabxanalarda uşaqlar üçün tədbirlər keçirilib

 

 

Laçın rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi "Yay məktəbi" çərçivəsində "Mənim nağıllı dünyam" adlı tədbir keçirib. Tədbir Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən 37 nömrəli tam orta məktəbin həyətində təşkil edilib.

Uşaqların mütaliəyə cəlb edilməsi, dünyagörüşünün formalaşması, söz ehtiyatının yaranması, bilik səviyyəsinin yüksəldilməsi məqsədi daşıyan tədbir maraqla qarşılanıb.

Mingəçevir şəhər MKS uşaqların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə onları tanış etmək məqsədilə “Açıq kitabxana” xidmətini davam etdirir. Sentyabrın 8-də M.P.Vaqif adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin işçiləri 10 saylı “Qərənfil” uşaq bağçasında “Nağıl saatı” təşkil ediblər.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.11.