Türkiyədə keçirilən musiqi festivalında ölkəmiz də təmsil olunur

 

 

Türkiyənin Muğla Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə II Beynəlxalq zurna festivalı keçirilib.

Sentyabrın 6-dan 8-dək davam edən festivala Türkiyə, Azərbaycan, Britaniya, Fransa, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən 20-yə qədər ifaçı qatılıb. Şəhərdəki Beşkaza meydanı və Açıq hava teatrında gerçəkləşən festivalda Azərbaycanı Əməkdar artist Şirzad Fətəliyev təmsil edib.

Festivalın keçirilməsinin əsas məqsədi zurna ifaçılıq mədəniyyətinin təbliği və gənc ifaçı nəslə bu sənəti daha da sevdirməkdən ibarətdir.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.12.