Dövlət Teatr Muzeyində Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgi

 

 

Sentyabrın 16-da Azərbaycanda və müsəlman Şərqində operaoperetta janrının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bəstəkarın əsərlərinə çəkilmiş geyimdekorasiya eskizləri sərgilənəcək. Sərgi muzeyin fond materialları əsasında tərtib edilib.

Həmin gün muzeydə “açıq qapı” günü elan ediləcək. Qonaqlara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək, əsərlərindən ibarət video-çarxlar nümayiş olunacaq.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.2.