Mingəçevir Turizm Kollecində Bilik günü

 

 

Sentyabrın 15-də yeni dərs ilinin başlanması Bilik günü münasibətilə Mingəçevir Turizm Kollecində tədbir keçirilib.

Mərasimdə kollecin direktoru Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan tətbiq olunan yeniliklərdən söhbət açıb. Turizmin qeyri-neft sektorunun ən perspektivli sahələrindən biri olduğunu vurğulayan direktor bu sahədə kadrların yetişdirilməsində Mingəçevir Turizm Kollecinin rolunu qeyd edib.

Tədbir pedaqoji heyət üzvlərinin çıxışları ilə davam edib. Çıxış edənlər yeni dərs ili münasibətilə müəllim və tələbələrə təbriklərini və xoş arzularını çatdırıblar.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.4.