Azərbaycan Türkiyənin turizm təcrübəsindən istifadə etməkdə maraqlıdır

 

 

Sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Görüşdə iki ölkə arasında bütün sahələrdə yüksək dostluq və qardaşlıq münasibətlərindən söhbət açılıb, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsində yeni layihələrin həyata keçirilməsində qardaş ölkənin təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərdə mühüm amil olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir İsmayıl Alper Coşqun iki ölkənin sıx əməkdaşlığının davamlı olacağına inamını ifadə edib.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.5.