Milli musiqi gününə həsr edilmiş tədbir

 

Sentyabrın 14-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru Lalə Abaszadə çıxış edərək əlamətdar günün tarixi barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin УÜzeyir musiqi gününün keçirilməsi haqqındaФ 1995-ci ildə imzaladığı fərmana uyğun olaraq hər il sentyabrın 18-də ölkəmizdə musiqi bayramı keçirilir.

Muzeyin əməkdaşları Laçın Kılıça, Nərmin Baxşıyeva, musiqişünas Nailə Rəhimbəyli, Milli Konservatoriyanın baş müəllimi Hicran Hacızadə çıxış ediblər.

Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azəbaycanda keçirilən beynəlxalq musiqi festivalları və musiqi mədəniyyəti ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Sonda iştirakçılar muzeyin ekspozisiyasına baxıblar.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.5.