Bakı Uşaq Teatrı meydan tamaşalarına yekun vurub

 

 

Bakı Uşaq Teatrı yay mövsümündə açıq havada təşkil etdiyi meydan tamaşalarına yekun vurub.

Yaradıcı kollektiv paytaxtın mərkəzi meydanlarından birində tamaşaçılarla son görüşünü gerçəkləşdirib. Balacalar üçün şən mahnılardan ibarət konsert və rəqslərdən ibarət əyləncəli proqramlar təşkil olunub.

Ötən müddətdə uşaqların yay tətili günlərinin yaddaqalan keçirilməsi məqsədilə nağıl-tamaşalar səhnələşdirilib, maraqlı müsabiqələr təşkil edilib. Bundan başqa, uşaqların gələcəkdə pis vərdişlərdən uzaq olması üçün maarifləndirmə xarakterli tədbirlər təşkil olunub.

 

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.6.