Mədəniyyət ocaqları Qurban bayramı münasibətilə tədbirlər keçirib

 

 

Qurban bayramı münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış edib. Şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri Zaur Yusifli, Sevda Akkaya, İlkin Əlizadə və digərlərinin çıxışı, mahnı və rəqslər əsgər və zabit heyəti tərəfindən maraqla qarşılanıb.

“28 May” diyarşünaslıq eviCorat qəsəbə mədəniyyət evinin birgə keçirdiyi tədbirdə “Nərgiz” instrumental ansamblının və saksafon ifaçısı Çingiz Ələkbərovun ifasında instrumental musiqilər, müğənnilər Təhmiraz Şirinov, Təranə Nurlu, Pərviz Gümüşlü, Sunay Sultan, Nazilə Bakılı, Murad Əliyevin ifasında xalq və bəstəkar mahnıları əsgərlərə yüksək bayram əhval-ruhiyyəsi bəxş edib.

Daha bir tədbir də C.Cabbarlı adına mədəniyyət evi və 6 saylı folklor klubunun birgə təşkilatçılığı ilə keçirilib. Özfəaliyyət kollektivinin üzvlərinin ifasında mahnılar, meyxanaçıların və “Turanmilli rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.

***

Füzuli Dövlət Dram Teatrı Qurban bayramı münasibətilə Ağcabədi rayonunda N saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası”, S.Axundovun "Bəndalı bəndə düşüb” və digər tamaşalardan parçalar təqdim edilib. Rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.

Aktyor və aktrisaların ifasında mahnı və rəqslər də əsgərlərdə xoş əhval yaradıb.

***

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakı SOS Uşaq kəndində Qurban bayramı münasibətilə tədbir keçirilib.

Müğənnilər Rüfət Xəlil, Nihat Məlik, Aidə Feyziyeva, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, “Meqasqrupu, “Səma” vokal qrupu və rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb.

Balacalar müxtəlif əyləncəli oyunlarda iştirak edib, musiqi sədaları altında rəqs edərək tədbirdən xüsusi zövq alıblar.

Sonda uşaqlara Mədəniyyət və Turizm idarəsi tərəfindən bayram hədiyyələri təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.6.