“Retro Bakı”dan növbəti konsert proqramı

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin “Retro Bakılayihəsi növbəti konsert proqramı ilə Qurban bayramı ərəfəsində paytaxt sakinlərinin qonaqların görüşünə gəlib.

İdarənin Mədəni tədbirlərin təşkili yaradıcı gənclərlə üzrə mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertlərdə ötən həftəsonu müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Kübra Hüseynova, Firuzə Quliyeva, Mirsərhəd Həbibi, Eminağa Sadıqov, Nizami Nikbin, Nigar Süleymanova, Mircabbar Cabbarov, “Azad” Səmarəqs qrupları rəngarəng çıxışları ilə hər kəsə əsl bayram əhval-ruhiyyəsi bəxş edib. Həmçinin bu həftəAvto retro” klubu retro maşınların Azərbaycan milli mətbəxində istifadə olunan əşyaların sərgisini təqdim edib.

Qeyd edək ki, “Retro Bakı” layihəsinin tədbirləri hər həftəsonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında keçirilir. Konsert proqramları oktyabrın ortalarınadək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.8.