“Uçmağı bizimlə öyrən”

 

 

Həmişə olduğu kimi, balacaları diqqət mərkəzində saxlayan “YARAT” Müasir İncəsənət Məkanında bu dəfə “Uçmağı bizimlə öyrən” adlı tədbir təşkil olunub.

Bir neçə saat ərzində balacalar qeyri-adi vazalar və bəzək əşyaları hazırlamağı öyrəniblər.

Tədbir çərçivəsində uşaqlar üçün açıq havada yoqa, rəsm, qida incəsənəti, aktyorluq, fotosessiyalar təşkil olunub. Bununla yanaşı, çərpələnglərin uçurulması, yeni cizgianimasiya filmlərinin nümayişi, digər əyləncəli proqramoyunlar təqdim edilib. Konsert proqramı ilə davam edən tədbir böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.8.