Onun atası” qısametrajlı bədii filmi nümayiş olunub

 

 

“YARAT” Müasir İncəsənət Mərkəzində “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçirilib.

YARAT Film klubunun təşkil etdiyi nümayişdə iştirak edən filmin rejissorussenari müəllifi Zamin Məmmədov, Xalq artisti Şamil Süleymanlı, aktrisa Ülviyyə Rza tamaşaçıların filmlə bağlı suallarını cavablandırıblar.

Qeyd edək ki, ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Onun atası” filminin quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza canlandırıblar.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.11.