Azərbaycandakı multikulturalizm fotolarda

 

 

Fotoqraflarımız beynəlxalq festivalda iştirak ediblər

 

Rusiyanın Çelyabinsk şəhərində beynəlxalq foto festivalı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan foto ustaları da iştirak edib.

Festivalda Bakı Media Mərkəzi, AZƏRTAC və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təqdim etdiyi 50 əsər nümayiş olunub. Fotosərgi multikulturalizm mövzusuna həsr edilib.

Sərgidə Azərbaycan ərazisində yaşayan azsaylı xalqların təbiəti, məişəti, adət-ənənəsi və sənətkarlarının çox yüksək professional səviyyədə nümayiş olunduğu fotolarla birgə, Bakı Media Mərkəzinin hazırladığı videoçarx da təqdim edilib.

Rusiyalı təyyarəçi-kosmonavt Yuri Baturin, Başqırdıstan Fotoqraflar Birliyinin sədri Ramil Kilmamedov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, sərgidə xalqların tolerantlığı, birgəyaşayışı, Azərbaycandakı mədəni müxtəliflik və zənginlik dolğun əksini tapıb. Vurğulanıb ki, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Ölkədə müxtəlif milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.13.