Azərbaycan şairlərinin kitabları Tehranda çap olunub

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsi və Tehrandakı Yaşmaq Araşdırma və Yayın Evinin birgə əməkdaşlığı nəticəsində Qəşəm Nəcəfzadənin Bir dəli şeytan və gənc şair Nuranə Nurun Darıxmaq kimi kitabları Tehranda işıq üzü görüb. AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz bu işdə güneyli şair Səid Muğanlının böyük xidmətləri olduğunu bildirib.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.15.