"Dərs beynəlxalq festivalda Ən yaxşı film oldu

 

Rejissorlar Rafiq Əliyev Cavid Təvəkkülün Dərs bədii filmi Rusiyanın Krasnodar diyarının Anapa şəhərində keçirilən 25-ci Kinoşok beynəlxalq film festivalının KinoMalıŞok proqramının Ən yaxşı film nominasiyasında qalib olub.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından bildirilib ki, MDB ölkələri, Latviya, Litva Estoniyanın iştirak etdikləri festival sentyabrın 3-dən 10-dək davam edib. Dərs filmi festival çərçivəsində Anapa, Krımsk, Novorossiysk Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.

Məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa həyata baxışlarından bəhs edən bədii film 2015-ci ildə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanfilm kinostudiyasında lentə alınıb.

Filmin ssenari müəllifləri Elza Ağayeva Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova digərləri canlandırıblar.

 

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.16.